• Bakı 23° C

    8.95 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Rusiyanın bu ərazisində fövqəladə vəziyyət elan ediləcək

DÜNYA

08 Iyul 2026 | 22:22

Rusiyanın bu ərazisində fövqəladə vəziyyət elan ediləcək

Rusiya regionu hökuməti cümə günü, 10 iyuldan etibarən Yakutiyada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan ediləcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda respublika başçısı Aysen Nikolayev açıqlama verib.

O qeyd edib ki, regionda hökm sürən isti hava şəraiti meşə yanğınları vəziyyətini daha da ağırlaşdırır.

Onun sözlərinə görə, Yakutiyanın mərkəzində temperatur 35-36 dərəcəyə çatır.

“Eyni zamanda, gözlənilən temperatur enişi güclü külək və ildırımla müşayiət oluna bilər ki, bu da yeni yanğınların başlaması və mövcud yanğınların yayılması üçün əlavə risklər yarada bilər”, - Nikolayev xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR