• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Rusiyanın məşhur qrupunun Tiflisdəki konserti ləğv edildi

ŞOU

27 Yanvar 2026 | 19:17

Rusiyanın məşhur qrupunun Tiflisdəki konserti ləğv edildi

Rusiyanın məşhur “Tatu” qrupunun yanvar ayında Tiflisdə keçirilməsi planlaşdırılan konserti ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bilet satışı ilə məşğul olan “Biletebi.ge” saytı məlumat yayıb.

"Hazırda konsert ləğv edilib. Hər hansı bir tədbirin elanı veb saytımızda və sosial mediada yerləşdiriləcək. Xəbərləri izləyə bilərsiniz", - deyə bildirilib.

Belə ki, “Tatu”nun konserti 30 yanvar tarixində yerli vaxtla saat 21:00-da Tiflis İdman Sarayında keçirilməli idi.

Konsertin ləğv edilmə səbəbi açıqlanmayıb.


SON XƏBƏRLƏR