• Bakı 28° C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

 Rusiyanın mühüm obyektlərində yanğınlar olub

DÜNYA

10 Iyul 2026 | 09:58

 Rusiyanın mühüm obyektlərində yanğınlar olub

Rusiyanın Krasnodar diyarında "İlski" neft emalı zavodunun (NEZ) ərazisində Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.

Bakıvaxtı.az-ın Rusiya mediasına istinadən məlumatına görə, bu barədə regional əməliyyat qərargahından bildirilib.

İlkin məlumata görə, heç kim xəsarət almayıb.

"Seversk rayonunda PUA qalıqlarının düşməsi səbəbindən "İlski" NEZ-in ərazisində yanğın baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.

Bundan əlavə, Rostov vilayətinin Azov şəhərində PUA-ların hücumu nəticəsində neft məhsullarının saxlanıldığı iki obyektdə yanğın olub. Xəsarət alan yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026