• Bakı C

    1.18 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Rusiyanın “Tramp yolu” peşmançılığı: Kreml layihədə iştirak edəcək?

SİYASƏT

09 Fevral 2026 | 17:19

Rusiyanın “Tramp yolu” peşmançılığı: Kreml layihədə iştirak edəcək?

Rusiyanın “Tramp yolu” layihəsində mümkün iştirakı absurddur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Onun sözlərinə görə, “Tramp yolu” əsasən erməni-amerikan təşəbbüsüdür:

“Söhbət hansısa marşrutun və ya yolun açılmasından gedirsə, mənim fikrimcə, bu, (Rusiyanın iştirakı) ayrıca bir təşəbbüs kimi rəsmiləşdirilməlidir. “Tramp yolu” çərçivəsində bu, bir qədər absurd görünür, çünki bu, mahiyyətcə sözügedən layihənin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək olardı”.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın “Tramp yolu” layihəsinə qoşulmaq üçün mümkün variantları araşdırmağa hazır olduğunu bildirmişdi:

“Rusiya Dəmir Yollarının unikal təcrübəsini nəzərə almaqla, əlaqəmiz üçün mümkün variantları araşdırmağa hazır olduğumuzu təsdiqləyirik”.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Əhməd Şahidov deyib ki, TRIPP layihəi Cənubi Qafqazda yeni reallıqları ortaya qoyur.

Onun sözlərinə görə, bu layihə təkcə Naxçıvana quru yolunun açılması demək deyil, həmçinin Çin kimi böyük ölkələrin Zəngəzur dəhlizi üzərindən Avropaya uzanacaq mühüm geosiyasi əhəmiyyətə malik yoldur:

“Rusiya və İran kimi ölkələr ilk günlərdə davamlı olaraq TRIPP layihəsi ilə bağlı sərt bəyanatlar səsləndirirdilər. Hətta bunun mümkünsüz, perspektivsiz olacağını iddia edirdilər. Ötən 6 ay ərzində Azərbaycan və Ermənistan rəhbərliyinin, xüsusən Azərbaycan liderinin ortaya qoyduğu siyasi iradə və sülh gündəliyinə dair real addımları bölgə dövlətlərini bir daha əmin etdi ki, TRIPP layihəsi kifayət qədər ciddidir. Çünki bu layihə birbaşa ABŞ tərəfindən dəstəklənir”.

Əhməd Şahidov: Moskva layihəyə əngəl olmaq yox, onun bir parçası olmaq haqqında düşünür

Müsahibimiz qeyd edib ki, artıq Azərbaycan və Ermənistan arasında ikitərəfli ticarət əlaqələri qurulub. Ölkəmiz öz ərazisindən Ermənistana məhsulların daşınmasına imkan yaradır:

“Yəni ortada ciddi siyasi iradə var. Baş verənlər TRIPP layihəsinə Rusiyanın da diqqətini artırır. Moskva layihəyə əngəl olmaq yox, onun bir parçası olmaq haqqında düşünür. Rusiya bir növ sonrakı peşmançılığını yaşayır. Amma burada Rusiyanın hansısa roluna, vasitəçiliyinə ehtiyac yoxdur”.

Ə.Şahidov bildirib ki, TRIPP layihəsi birbaşa ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilir, çünki bununla bağlı razılaşma Vaşinqton və İrəvan arasında əldə olunub: “Təbii ki, yol fəaliyyətə başlayandan sonra Rusiya öz məhsullarını bazara çıxarmaq, satmaq üçün bu yoldan istifadə edə bilər”.

Aydın Baxış


SON XƏBƏRLƏR