• Bakı 16° C

    11.19 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Rusiyaya qarşı 17-ci sanksiya paketi -  189 gəmi...

DÜNYA

14 May 2025 | 13:01

Rusiyaya qarşı 17-ci sanksiya paketi -  189 gəmi...

Rusiyaya qarşı 17-ci sanksiya paketinə "kölgə donanması"nın 189 gəmisi daxil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.

"Rusiyaya qarşı 17-ci sanksiya paketini alqışlayıram. Biz hərbi texnikaya çıxışı daha da məhdudlaşdırırıq. Siyahıya Rusiyadan enerji daşıyıcılarının ixracını nəzərdə tutan daha 189 gəmini daxil etdik. Bu müharibə bitməlidir. Biz Kremlə təzyiq göstərməyə davam edəcəyik", - o qeyd edib.

Xatırladaq ki, bu gün Avropa İttifaqı səfirləri növbəti məhdudlaşdırıcı tədbirləri təsdiqləyiblər. Aİ ölkələrinin xarici işlər nazirlərinin bu sanksiya paketini mayın 20-də təsdiqləyəcəyi gözlənilir.


SON XƏBƏRLƏR