Ukraynanın əlində Rusiyanın İrana kəşfiyyat məlumatları verməkdə davam etdiyinə dair təkzibedilməz sübutlar var.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşenkonun hesabatına istinadən deyib.
"Rusların İran rejiminə kəşfiyyat məlumatı verməkdə davam etdiyinə dair təkzibedilməz sübutlarımız var", — o bildirib.
Onun sözlərinə görə, Rusiya özünün radiotexniki və elektron kəşfiyyat imkanlarından, həmçinin Yaxın Şərqdəki tərəfdaşları ilə qarşılıqlı əlaqələrə dair bəzi məlumatlardan istifadə edir.
Zelenski İvaşenkoya Kiyevin açıqlaya biləcəyi informasiyalar barədə tərəfdaşları və media nümayəndələrini məlumatlandırmağı tapşırıb./Axar.az
Bakı 




