Lənkəran Şəhər İcra Hakimiyyətinin həbs olunan baş memarı Elgün Abdullayevin yerinə təyinat olub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun əmri ilə Mahir Axundov baş memar təyin olunub. Onu da nəzərə çatdıraq ki, M.Axundov bir neçə il öncə də bu vəzifədə çalışıb.
Qeyd edək ki, ötən ilin oktyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev saxlanılıb. Binəqədi rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən qapalı prosesdə Elgün Abdullayev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Elgün Abdullayev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham olunur.
İsmayıl Alısoy
















