• Bakı 29° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Ruzbeh Məmmədi hədələyən şəxs saxlanıldı

HADİSƏ

19 Avqust 2025 | 12:04

Ruzbeh Məmmədi hədələyən şəxs saxlanıldı

Kliniki Tibbi Mərkəzin (KTM)  İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ruzbeh Gülümovu hədələyən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib.

"İnstaqramda özünü "Hülya" tv-nin rəhbəri kimi təqdim edən Hüseynov Səxavət məni təhqir etdiyi üçün 102 xidmətinə məlumat vermişdim, məlumatım əsasında Nəsimi Polis İdarəsində 20-ci Pİ tərəfindən operativ reaksiya verildi və həmin şəxs qanunamüvafiq qaydada məsuliyyətə cəlb edildi. Bununla bağlı başda Daxili İşlər Naziri cənab Vilayət Eyvazov olmaqla Nəsimi Pİ-nin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Sağ olsun, polisimiz!",- deyə paylaşımda qeyd olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Avqust 2025