• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Sabah 25 dərəcə şaxta olacaq - PROQNOZ

CƏMİYYƏT

24 Fevral 2025 | 13:04

Sabah 25 dərəcə şaxta olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta olacaq.

Yolların buz bağlaması davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026