• Bakı 19° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Sabah ilin ikinci Ay tutulması baş verəcək

CƏMİYYƏT

27 Oktyabr 2023 | 10:55

Sabah ilin ikinci Ay tutulması baş verəcək

Oktyabrın 28-də bu ilin ikinci Ay tutulması baş verəcək. Ay tutulması Azərbaycan ərazisində də müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bakıvaxtı.az-a verilən məlumata görə, bu, qismən Ay tutulması olacaq.

Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

2023-cü ilin ikinci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026