• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Ramin Məmmədovun deputat səlahiyyəti LƏĞV EDİLİR

SİYASƏT

01 May 2024 | 12:23

Ramin Məmmədovun deputat səlahiyyəti LƏĞV EDİLİR

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

    Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatıdır.

    Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

    Eyni zamanda deputat özü imtina etdikdə, mandatından məhrum edilir.

    Beləliklə, Mərkəzi Seçki Komissiyası qeyd olunan əsasları nəzərə alıb, qanunvericiliyə uyğun olaraq Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edəcək.APA


    SON XƏBƏRLƏR

    21 May 2024