• Bakı 25° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Sabah Tehrana gedəcək

DÜNYA

26 Avqust 2026 | 23:20

Sabah Tehrana gedəcək

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani sabah Tehrana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari “X” sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Qətərin Baş naziri Tehranda bir sıra yüksəkrütbəli İran rəsmiləri ilə görüşəcək:

“Danışıqların əsas mövzusu regionda gərginliyi azaltmaq və dialoq üçün əlverişli şərait yaratmaq olacaq. Bu səfər Qətər Dövlətinin fikir ayrılıqlarının həllində və regionda təhlükəsizliklə sabitliyin təmin edilməsində diplomatik yolun ən yaxşı vasitə olması ilə bağlı dəyişməz mövqeyinə uyğundur. Görüşlərdə, həmçinin Hörmüz boğazında naviqasiya azadlığı və vəziyyətin fevralın 28-dən əvvəlki status-kvoya qaytarılmasının vacibliyi müzakirə ediləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026