• Bakı 23° C

    8.95 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

"Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB

İDMAN

07 Iyul 2026 | 22:13

Sabah TNS komandasını məğlub edib - YENİLƏNİB

"Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.

Bakıvaxtı.az-ın məıumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.

Masazırdakı "Bank Respublika Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.

21:46

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.

Kahim Parris 84-cü dəqiqədə fərqlənib.

21:27

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan çempionu vurub.

Velko Simiç 66-cı dəqiqədə fərqlənib.

21:06

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hələlik matçda hesab açılmayıb.

Qarşılaşma "Bank Respublika Arena"da keçirilir.

20:48

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Qarşılaşma "Bank Respublika Arena"da keçirilir.

19:59

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) matçı start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

Görüşü polşalı referi Patrik Qriskieviç idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR