• Bakı 28° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Sabahdan Azərbaycanda Ramazan tətili başlayır 

CƏMİYYƏT

09 Aprel 2024 | 07:50 | Müəllif: Qalib İbrahimoğlu

Sabahdan Azərbaycanda Ramazan tətili başlayır

Ramazan bayramı münasibətilə sabahdan Azərbaycanda tətil günləri başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bayramla əlaqədar 5 gün istirahət günü olacaq.

Qeyd edək ki, Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Bu il aprelin 10, 11-i Ramazan bayramıdır. 13 və 14 aprel şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Ramazan bayramı ilə əlaqədar 5 gün - 10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günü olacaq.

Nərgiz Məmmədli 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026