q
  • Bakı 11° C

    12.43 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Sabiq icra başçısı həbsdən şikayət yazdı

HADİSƏ

15 Iyul 2024 | 11:34

Sabiq icra başçısı həbsdən şikayət yazdı

Korrupsiya cinayətlərində təqsirli bilinərək 11 il 6 ay azadlıqdan məhrum edilmiş Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov hökmdən narazıdır.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, eks-icra başçısı saxlanıldığı istintaq təcridxanasından şəxsən özü apellyasiya şikayəti yazıb. 

Alimpaşa Məmmədov ona təyin olunmuş cəzanı həddən artıq ağır hesab edir. Ərizədə özünü qismən təqsirli bildiyini, bu səbəbdən özünü təqsirli bildiyi maddələrlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, digər maddələrlə bəraət verilməsini xahiş edir.

Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq. 

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. Keçmiş icra başçısı xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma, qanunsuz əldə edilmiş pulları leqallaşdırma və digər maddələrlə təqsirli bilinib.


SON XƏBƏRLƏR

01 May 2026