• Bakı 11° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Sabiq xidmət rəisinə hökm oxundu

CƏMİYYƏT

01 Dekabr 2025 | 18:56

Sabiq xidmət rəisinə hökm oxundu

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. 

Bakıvaxtı.az-ın məlumatima görə, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib.


SON XƏBƏRLƏR