• Bakı 18° C

    2.13 m/s

Şabranda ov edən şəxs cəzalandırıldı

CƏMİYYƏT

24 Sentyabr 2021 | 18:04 | Müəllif: Subhan Mahmudov

Şabranda ov edən şəxs cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Şabran rayonu ərazisində ov edən şəxs saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, brakonyerə məxsus 99 UU 811 dövlət nömrə nişanlı NİVA markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə adı "Qırmızı kitab"a düşən Qafqaz şahini aşkar edilib.

“Araşdırma zamanı qanun pozucusunun Bakı şəhər sakini İlkin Əcəmov olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədovun sözlərinə görə, baytar nəzarətindən sonra quş təbiətə buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR