• Bakı 18° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.6703

    RUB - 0.0285

Şabrandakı yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb - VİDEO

HADİSƏ

17 Avqust 2022 | 15:46

Şabrandakı yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb - VİDEO

Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Bildirilib ki, ötən gecədən etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib. FHN-in şəxsi heyətinin səyi nəticəsində yanğına müəyyən qədər müdaxilə olunub. Lakin relyefin mürəkkəb olması yanğını söndürmək üçün çətinlik yaradır.

“Qalaaltı” İstirahət Mərkəzinin meneceri bildirib ki, əgər təhlükə yaranarsa, qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Bu təhlükənin qarşısını almaq üçün hotelin əməkdaşları da fəaliyyətə keçiblər.

 


SON XƏBƏRLƏR

24 Sentyabr 2022