Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı və keçirilməsini yüksək qiymətləndirib.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Qırğızıstan Prezidenti COP29-un təşkilat səviyyəsi ilə bağlı suala cavabında bildirib.
"Çox yaxşı, ən yüksək səviyyədə", - S.Japarov vurğulayıb.
Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov xanımı Aygül Japarova ilə birlikdə noyabrın 11-də COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Qırğız Respublikasının birinci xanımı Aygül Japarova noyabrın 12-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın himayəsi altında COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransda iştirak edib.