• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xaçmazda müəllim və direktor İŞDƏN ÇIXARILDI

CƏMİYYƏT

14 Mart 2024 | 15:34

Xaçmazda müəllim və direktor İŞDƏN ÇIXARILDI

Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılmış informasiya barədə araşdırma aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumat yayıb.

Araşdırmanın nəticəsində məlum olub ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb. Bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib:

“Sözügedən müəllim isə araşdırma başlanılan zaman öz ərizəsi ilə işdən azad olunmaq üçün müraciət edib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmçinin, məktəbin direktoru səlahiyyətlərini icra edən direktor müavini də işdən azad edilməsi üçün ərizəsini təqdim edib.

Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026