• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sahil Babayev Gədəbəydə vətəndaşları qəbul edəcək

CƏMİYYƏT

21 May 2024 | 11:25

Sahil Babayev Gədəbəydə vətəndaşları qəbul edəcək

Nazir Sahil Babayev Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, nazir Sahil Babayev mayın 31-də Gədəbəy rayonunda Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edəcək.

    Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

    Vətəndaşlar 21 - 23 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

    Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024