• Bakı 11° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Salah bunu bacaran dördüncü futbolçu oldu

İDMAN

23 May 2022 | 23:38

Salah bunu bacaran dördüncü futbolçu oldu

"Liverpul" İngiltərə çempionu ola bilməsə də, hücumçusu Məhəmməd Salah unikal göstəriciyə nail olub.

Bakıvaxtı.az matc.az-a istinadən bildirir ki, misirli futbolçu həm Premyer Liqanın ən yaxşı bombardiri olub, həm də ən çox qol ötürməsi edib.

Salah 23 qol vuraraq "Tottenhem"in futbolçusu Son Hın Minlə birgə ən yaxşı bombardir olub. O, 13 qol ötürməsi edərək, bu göstəricidə də hamını qabaqlayıb. Beləliklə, Salah Premyer Liqada eyni mövsümdə həm bombardir olan, həm də ən çox qol ötürməsi edən 4-cü futbolçu olub.
 
Buna qədər Endi Koul (1993/1994), Cimmi Floyd (1998/1999) və Harri Keyn (2020/2021) belə nəticə qazanmışdı.
 
29 yaşlı Salah "Liverpul"un heyətində 180 oyunda 118 qol vurub və 50 məhsuldar ötürmə edib.


SON XƏBƏRLƏR

28 Mart 2024