• Bakı 26° C

    13.06 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Salma Hayek nənə oldu 

ŞOU

14 Avqust 2026 | 15:02

Salma Hayek nənə oldu 

59 yaşlı aktrisa Salma Hayek ilk dəfə nənə olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hollivud ulduzunun ögey oğlu Fransuanın həyat yoldaşı Lara Kozima sosial şəbəkə hesabında paylaşım edib. 

O, körpənin bir ay əvvəl dünyaya gəldiyini qeyd edib. 

“Həyat yoldaşım (dünyanın ən möhtəşəm Fransuası) və oğlumuz (dünyanın ən sevimli Fransuası)… Valideyn kimi ilk ayımız”, - gənc ana paylaşımda yazıb. 

O, həmçinin ulduz nənənin nəvəsini qucağında tutduğu fotoşəklini də paylaşıb.

Qeyd edək ki, Salma Hayek 2009-cu ildə fransalı milyarder Fransua-Anri Pino ilə evlənib. Cütlüyün 2007-ci ildə Valentina Paloma Pino adlı qızları dünyaya gəlib. Salma Hayekin həyat yoldaşının əvvəlki münasibətlərdən Fransua və Ogüsten adlı oğulları və Matilda adlı qızı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026