Salyanda yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı 60 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















