Salyan rayonunda qəbiristanlıqda meyit tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən saat 14 radələrində baş verib.
Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Məzahir İbrahim oğlu Əliyevin meyiti Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən qəbiristanlıqda aşkar edilib.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.




