• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Salyanda yük maşınının çəni partladı: ata və oğul xəsarət aldı - YENİLƏNİB

HADİSƏ

25 Yanvar 2025 | 23:15

Salyanda yük maşınının çəni partladı: ata və oğul xəsarət aldı - YENİLƏNİB

Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Yük avtomobilininin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

21:22

Salyan rayonunda yük avtomobilinin çəni partlayıb.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

İlkin məlumata görə, “TIR”da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.

Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

04 Fevral 2025