"Çoxdan bu söhbəti yığışdırmışam. Ailəmin efirdə görünməsini, gündəmdə olmağı istəmirəm. Onların öz şəxsi həyatları var, öz hüquqlarıdır. Efirdə olmaq mənə aiddir. Mənə görə onların da görünməsi məcbur deyil".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aşıq Samirə Əliyeva "Şou xəbər" verilişində deyib. İfaçı 2 ildir verilişlərə çıxmamasının səbəbini açıqlayıb:
"Ancaq bayram proqramlarına qatılıram. Verilişlərə istəmirəm. Efirə efir xatirinə çıxacağam. Bunu da istəmirəm. Layihə etməliyəm və sonra getməliyəm. Yoxsa gedim, bu gün nə yedim, nə geyindim danışım?".
Samirə münsif olduğu "Səs Azərbaycan: Doğma nəğmələr" layihəsində klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşı, aktrisa Aysel İbrahimovanı uzaqlaşdırmasından və aralarında yaşanan qalmaqaldan danışıb:
"Qalmaqaldan qaçan adamam, amma təəssüf... Haqsızlığa narahat oluram. Çalışıram ki, mənim əlimdən haqsızlıq olmasın. Sakit olmaq çox çətindir. İmkan vermirlər sakit oturasan. Lazım olanda danışacağam. İndi də görsəm qucaqlaşaram, bağrıma basaram. Özü küsüb, özü barışır".
















