• Bakı 31° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

DÜNYA

04 Iyul 2024 | 23:22

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Macarıstanın Avropa İttifaqı adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur.

Bakıvaxtı.az bildirir ki, bunu Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel "X" hesabında yazıb.

"Avropa İttifaqının ardıcıl sədrliyinin Aİ adından Rusiya ilə qarşılıqlı əlaqəyə malik olmaq mandatı yoxdur", - Mişel vurğulayıb.

Mişel onu da əlavə edib ki, Ukrayna olmadan Ukrayna ilə bağlı hər hansı müzakirə aparıla bilməz.

Qeyd edək ki, Macarıstan hazırda Aİ Şurasına sədrlik edir.

Bir neçə gün öncə Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib. Hazırda isə mətbuatda Orbanın Moskvaya səfər edəcəyi barədə də məlumatlar yayılıb./apa


SON XƏBƏRLƏR

06 Iyul 2024