• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Savadsız aparıcılar “efir sulayır” - Media mütəxəssislərindən ETİRAZ

CƏMİYYƏT

06 May 2022 | 14:41 | Müəllif: Qalib İbrahimoğlu

Savadsız aparıcılar “efir sulayır” - Media mütəxəssislərindən ETİRAZ

Xəbər verdiyimiz kimi, Əhməd Cavadın nəvəsi Anar Axundzadə ötən gün ARB telekanalının efirində yayımlanan “Xəbər-ətər” proqramına qonaq olub. Verilişdə diqqət çəkən məqamlardan biri də aparıcı Zümrüd Bədəlovanın Anar Axundzadəyə verdiyi sual olub. Belə ki, aparıcı Əhməd Cavadın nəvəsinə “Babanızı görmüsünüzmü” sualını ünvanlayıb. Müsahib isə “Babam 37-ci ildə güllələnib” deyə cavab verib.

Bədəlovanın verdiyi sual ilə sosial şəbəkədə gündəm mövzusuna çevrilib. İstifadəçilər aparıcını savadsızlıqda qınayıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, bizim bəzi televiziya aparıcılarının verilişlərə məsuliyyətsiz yanaşdıqlarının göstəricisidir. Ümumiyyətlə, televiziyaların ən böyük problemlərindən biri də müsahiblərə ünvanlanan yanlış suallardır. Belə ki, bəzən aparıcıların əksəriyyəti müsahibin ixtisasına aidiyyatı olmayan, tamamilə məntiqdən uzaq suallar verirlər.

Belə halların yaşanmaması üçün nələrə diqqət edilməlidir?

Qulu Məhərrəmli: “Peşəkarlığın qaydalarına həmişə əməl etmək lazımdır”

Professor, teletənqidçi Qulu Məhərrəmli Bakıvaxtı.az-a bildirib ki, veriliş hazırlamağın, o cümlədən, studiyaya qonaq dəvət edib onunla müsahibə aparmağın adi qaydaları var: “Bu qaydaların birincisi odur ki, verilişə və müsahibəyə ciddi hazırlaşmalısan. Birincisi, qonaq haqqında bilgin olmalıdır. İkincisi, mövzu ilə bağlı araşdırmaların olmalıdır. Ən aşağısı, ekspress hazırlıq aparıb mövzunu dərinləşdirib sualları tərtib etmək lazımdır ki, tamaşaçı üçün maraqlı olsun”.

Onun sözlərinə görə, bu qaydalara əmək etmədikdə, əlbəttə, ortaya çoxlu sayda problemlər çıxı: “O cümlədən, aparıcının hazırlıqsız olmağı hiss olunur, hardan, necə gəldi suallar verir. Bu, təbii ki, həm tamaşaçını, həm də studiyaya dəvət olunan ciddi adamdırsa, qonağı narazı salır”.

Q.Məhərrəmli deyir ki, ona görə, peşəkarlığın qaydalarına həmişə əməl etmək lazımdır və normal müsahibələr aparmaq lazımdır ki, tamaşaçı o işə diqqətlə baxsın.

Ləman Ələşrəfqızı: “Görə-görə gəlirik, efirlərin sifəti adətən dayazlar olub”

Tanınmış tele-jurnalist Ləman Ələşrəfqızı isə Bakıvaxtı.az-a deyib ki, efirlərin sifəti adətən dayazlar olub: “Görə-görə gəlirik. Bu gün televiziyalarıma kimlər lazımdır: “Barbilər”. Burnunu kəsdirdinmi? Kəsdirdin. Yanağını doldurtdunmu? Doldurtdun. Çənəni qısaltdinmı? Qısaltdı. Sən efirdəsən. Savad ikinci plandadır

Onun sözlərinə görə, illərdi belədi və nə yazıq ki, belə də davam edir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026