• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

SİYASƏT

27 Avqust 2026 | 11:58 | Müəllif: Əli Hüseynov

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunan ölkənin müstəqilliyinin 35-ci ildönümü ilə əlaqədar 852 məhkumu əfv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Onlardan 604 nəfər cəzadan tam azad edilib, 115 nəfər vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 52 nəfərin cəzası yüngülləşdirilib, 81 nəfərin həbs müddəti isə azaldılıb.

Əfv olunanların 7-si əcnəbi; 49-u qadın; 37-si yaşı 60-dan yuxarı olan kişi; 375-i gəncdir. Qadağan olunmuş təşkilatların fəaliyyətində iştiraka görə məhkum olunanların 63 nəfərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026