Çuvaşıstanın Kanaş şəhərində Şaxta baba paltarında olan yerli iş adamlarından birini odlu silahla qətlə yetirib.
Bakıvaxtı.az “cheb-news.net” saytına istinadla xəbər verir ki, yanvarın 2-də baş verən hadisədən sonra həmin şəxs ərazini tərk etsə də, sonradan saxlanılıb.
Bildirilib ki, zərərçəkən əvvəllər hüquq-mühafizə orqanlarında işləyib.
Hadisənin qisasçılıq zəminində törədildiyi ehtimal edilir. Belə ki, cinayətkar vaxtilə məhz qətlə yetirilən şəxsin aşkarladığı faktlar nəticəsində həbs edilib.