q
  • Bakı 15° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Seboreik dermatit zamanı nə etməli? Əlamətlər və təbii dəstək yolları

CƏMİYYƏT

24 Aprel 2026 | 12:35

Seboreik dermatit zamanı nə etməli? Əlamətlər və təbii dəstək yolları

İnsanlar arasında geniş yayılmış dəri xəstəliklərindən biri Seboreik dermatit xəstəliyidir.

Bakıvaxtı.az "Dermatologiya.net"ə istinadən xəbər verir ki, baş dərisinə təsir edən bu xəstəliyin əlamətlərinə dəridə qızarma, qabıqlanma və kəpəklənmə daxildir.

Baş dərisindən əlavə, qaşlar, burun kənarları, sinəarası, qulaq kimi yağ vəzilərin ən aktiv olduğu bölgələrdə də rast gəlinir.

Seboreik dermatitə körpələrdə də rast gəlmək mümkündür. Bu zaman körpənin baş  dərisində qırmızı qabıqlı və ya rəngli ləkələr görünür.  Xəstəlik 3 aydan balaca körpələrə təsir edir və adətən 6-12 aya qədər yox olur. Həmçinin 20-50 yaşarası insanlarda sıx rast gəlinir. Yetkinlərdə seboreya dermatiti gec yeniyetməlik dövründə başlayır. Yayılma ən çox gənclərdə və yetkin insanlarda olur. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.

Seboreik dermatit infeksion xəstəlik deyil və insandan insana keçmir. Xəstəliyin yaranmasının dəqiq səbəbi bilinmir. Lakin müəyyən risk faktorlarının xəstəliyə səbəb olduğu ehtimal olunur. Bu risk faktorlarına yağlı dəri, ailədə seboreya dermatiti və ya psoriaz tarixi,  immunosupressiya: orqan transplantasiyası resipiyentləri, hiv infeksiyası və limfomalı xəstələr, nevroloji və psixiatrik xəstəliklər, parkinson xəstəliyi, gecikmiş diskineziya, depressiya, epilepsiya, üz sinirinin iflici, onurğa beyni zədəsi və daun sindromu kimi anadangəlmə pozğunluqlar, nöroleptik dərmanların istifadəsi, psoriazın ultrabənövşəyi A terapiyası ilə müalicəsi, yuxusuzluq və stress daxildir. 

Xəstəliyin diaqnozu dermatoloq tərəfindən qoyulur. Seboreik dermatit tamamilə müalicə olunmasa da, müxtəlif üsullarla simptomları idarə etmək mümkündür. Müalicə zamanı yetkinlərdə rezistent hallarda oral itrakonazol, tetrasiklin antibiotikləri və ya fototerapiya tövsiyə oluna bilər. Aşağı dozalı oral izotretinoinin
də ağır və ya orta dərəcəli xəstəlik üçün təsirlidir. Uşaq Seboreya Dermatiti xəstəliyinin müalicəsi zamanı baş dərisinin uşaq şampunu və ya sulu kremlə müntəzəm yuyulmasından sonra təmizləmək üçün yumşaq fırçalama  aparılır.

Gülşən Şərif


SON XƏBƏRLƏR