• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Səfir: Türkiyə-Azərbaycan münasibətləri özünün ən mükəmməl dövrünü yaşayır

SİYASƏT

18 Iyul 2025 | 12:00

Səfir: Türkiyə-Azərbaycan münasibətləri özünün ən mükəmməl dövrünü yaşayır

Türkiyə-Azərbaycan münasibətləri tarixdə olmadığı qədər özünün ən mükəmməl dövrünü yaşayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu”nda deyib.

Səfir bildirib ki, bunun təməlində qardaşlıq əlaqələri dayanır.

“Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, “Bir millət, iki dövlət”, eyni zamanda, Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” bizim təməl şüarlarımızdır”, - diplomat qeyd edib.

Diplomat deyib ki, 44 günlük Vətən müharibəsi anbaan türkiyəli jurnalistlər tərəfindən Türkiyədə göstərildi, izlənildi: "Media nümayəndələrinin bir araya gəlməsi 15 iyul kimi xain hadisələrin bir daha yaşanmaması, yaşansa da, bu çətinlikləri bərabər aşmağımız üçün çox önəmlidir".


SON XƏBƏRLƏR