Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ), kiçik çavuş, şəhid Pərviz Ələsgərovun anası vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, şəhid anası Aybəniz Ələsgərova avqustun 24-də dünyasını dəyişib.
Qeyd edək ki, Pərviz Ələsgərov Murovdağ döyüşləri zamanı böyük şücaət və igidlik göstərərək sentyabrın 27-də şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.




