• Bakı 28° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Şəhid atasının doğum gününü məzarı başında qeyd etdilər – Ürəkdağlayan görüntülər

SİYASƏT

12 Avqust 2026 | 16:34

Şəhid atasının doğum gününü məzarı başında qeyd etdilər – Ürəkdağlayan görüntülər

Şəhid Sübhan Məmmədlinin doğum günündə övladları atasının məzarını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin övladları Hərbi Memorial Məzarlıqda onun doğum gününü qeyd ediblər. Onlar ataları üçün kiçik bir tort hazırlayaraq məzarının önünə gətirib, daha sonra atasının məzarını qucaqlayıblar.

Övladların atasının doğum gününü onun məzarı başında qeyd etməsi, tortun üzərindəki şamları yandırması və məzarın önündə yaşanan kövrək anlar böyük duyğu yaradıb.

Videogörüntülərdə şəhidin övladlarının atasına olan həsrəti və sevgisi açıq şəkildə hiss olunur. Atalarının doğum gününü onunla birlikdə keçirə bilməyən övladların məzarı qucaqlaması izləyənlərin də duyğulanmasına səbəb olub.

Şəhid Sübhan Məmmədlinin doğum günündə lentə alınan həmin görüntülər sosial şəbəkələrdə paylaşılaraq geniş maraq doğurub. Görüntülər şəhid övladlarının illər keçsə də atalarının yoxluğunu necə böyük həsrətlə yaşadıqlarını bir daha nümayiş etdirib.

Həmin görüntüləri təqdim edirik.

 

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026