• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Şəhid qardaşı: “Qardaşımla birlikdə döyüşdüyüm üçün qürurluyam”

CƏMİYYƏT

27 Sentyabr 2024 | 11:30

Şəhid qardaşı: “Qardaşımla birlikdə döyüşdüyüm üçün qürurluyam”

“Qardaşım uşaq yaşlarından Azərbaycan Ordusunda xidmət edib. Nəinki onun, bütün şəhid qardaşlarımızın arzusu artıq gerçəkdir. Qarabağ artıq azaddır. Şərəfli döyüş yolu keçmiş Azərbaycan Ordusu bir daha dünyaya öz qüdrətini sübut etdi”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri şəhid leytenant Elvin Şükürlünün qardaşı, Azərbaycan Ordusunun zabiti, kapitan Elnur Şükürlü deyib.

Kapitan bildirib ki, o, qardaşı ilə birlikdə müharibədə iştirak edib:

“Vətən Müharibəsində qardaşımla birlikdə döyüşmüşük. Bu, mənim üçün qürur və iftixar mənbəyidir. Azərbaycan tarixinin Zəfər səhifəsini yazmaqda bizim də rolumuzun olmasından şərəf duyuram”-, şəhid qardaşı əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR