• Bakı 23° C

    0.25 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Şəhid Yusif Bağırov Buzovnada Şəhidlər Xiyabanında dəfn edildi - FOTOLAR

CƏMİYYƏT

03 Sentyabr 2026 | 17:12

Şəhid Yusif Bağırov Buzovnada Şəhidlər Xiyabanında dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsinin Şəhidi Bağırov Yusif Aydın oğlunun nəşi ailəsinin istəyi ilə 03.09.2026-cı il tarixdə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin dəfn mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycanın igid və qəhrəman oğullarının döyüş meydanında göstərdiyi şücaətlərdən, xalqımızın qazandığı şanlı qələbələrdən danışıb. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və siyasi iradəsi sayəsində əldə olunan tarixi nailiyyətləri vurğulayaraq, şəhidlərimizin əziz xatirəsinin dövlətimiz tərəfindən hər zaman uca tutulduğunu qeyd edib. Çıxışının sonunda şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı RİH başçısı tərəfindən şəhidin oğluna təqdim olunub.

Milli Məclisin deputatı Soltan Məmmədov isə çıxışında şəhidlərin xalqımızın yaddaşında əbədi yaşayacağını, onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə örnək olduğunu bildirib. O, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının hər bir vətəndaş üçün müqəddəs borc olduğunu vurğulayıb.

Öz növbəsində, şəhidin ailə üzvləri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə güllər düzülüb və əklil qoyulub. Daha sonra Şəhidin əziz xatirəsini yad etmək məqsədilə ehsan süfrəsi verilib.


Şəhid Yusif Bağırov Buzovnada Şəhidlər Xiyabanında dəfn edildi - FOTOLARŞəhid Yusif Bağırov Buzovnada Şəhidlər Xiyabanında dəfn edildi - FOTOLARŞəhid Yusif Bağırov Buzovnada Şəhidlər Xiyabanında dəfn edildi - FOTOLARŞəhid Yusif Bağırov Buzovnada Şəhidlər Xiyabanında dəfn edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR