• Bakı C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər deportasiya edildi 

CƏMİYYƏT

18 Fevral 2026 | 21:53

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər deportasiya edildi 

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntüləri sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Azərbaycandan deportasiya edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında baş verib. Sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.

Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunublar. Onlar Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum ediliblər.

Sonradan həmin şəxslərin cəzası 2 ildən 6 aya endirilib.

Onlara təyin edilən 6 ay cəzanın müddəti bu gün bitib.


SON XƏBƏRLƏR