• Bakı C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Səhiyyə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTOLAR

CƏMİYYƏT

12 Dekabr 2025 | 12:21

Səhiyyə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTOLAR

Dekabrın 12-də müstəqil Azərbaycanın tərəqqisi və dövlətçilik ənənələrinin formalaşmasında misilsiz xidmətləri olan xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü qeyd olunur.

Bakıvaxtı.az xəbər verir ki, bununla əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində ölkəmizdə səhiyyə sisteminin inkişafı, tibbi infrastrukturun yenilənməsi, həmçinin yüksək ixtisaslı tibb kadrlarının hazırlanması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan səhiyyəsinin müasir mərhələdə əldə etdiyi nailiyyətlər məhz Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin davamı olaraq həyata keçirilir.


SON XƏBƏRLƏR

11 Dekabr 2025