• Bakı 18° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

“Həkimlərin 60-70%-i Bakıda cəmlənib” - Araz Nəsirov

CƏMİYYƏT

18 Dekabr 2024 | 09:43

“Həkimlərin 60-70%-i Bakıda cəmlənib” - Araz Nəsirov

“Hazırda səhiyyə sistemimizin problemləri var ki, bunların aradan qaldırılması üçün işlər görülür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyib.

Onun sözlərinə görə, həkimlərin 60-70%-i Bakıda cəmlənib və regionlarda həkim çatışmazlığımız var.

“Yaxşı, 3-cü səviyyə ximət Bakıdadır düşüncəsi ilə insanlar Bakıya axın edirlər. Biz ölkənin 5 rayonunu birləşdirib tibbi ərazi bölmələri yaratmışıq. Quba, Şəmkir, Gəncə, Şirvan kimi böyük şəhərlərdə multidisiplinar regional xəstəxanalar yaratmışıq ki, vətəndaşlarımıza regionlarda da 3-cü səviyyə xidmət göstərə bilək”.

Bildirib ki, bu imkanlar regionlarda həkimlərin artmasına kömək edəcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

23 Aprel 2025