• Bakı 13° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Şəkidə kafenin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR

    CƏMİYYƏT

    12 Fevral 2026 | 12:51

    Şəkidə kafenin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhərinin S. Rəhman küçəsində fərdi sahibkar Fərahim Yavər oğlu Abdulkərimova məxsus “Şəki” kafesində yoxlama aparıblar.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

    Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.


    SON XƏBƏRLƏR

    03 Aprel 2026