• Bakı 29° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Şəmkirdəki qəzanın TƏFFƏRÜATLARI

CƏMİYYƏT

18 Avqust 2026 | 12:04

Şəmkirdəki qəzanın TƏFFƏRÜATLARI

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının bəzi detalları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, qəza vəfat edən şəxslər rayonun Mahmudlu kəndindən Dəllər Cəyir kəndinə toy məclisinə gedən zaman baş verib.

Belə ki, qəzada ölənlər “VAZ 2106” markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Əlizamin Aslanovun bacısı oğlunun bu gün keçirilməsi planlaşdırılan kiçik toy mərasimindən öncə təşkil olunan “ciyər axşamı” mərasiminə gedirlərmiş.

Nəticədə Əlizamin Aslanovla yanaşı, İlahə Məmmədova (1988-ci il), Elvin Məmmədov (2009-cu il), Hicran Həmzəyeva (1992-ci il) və Zəhra Vəliyeva (2018-ci il) vəfat edib.

“VAZ 2106”nın sürücüsünün qardaşı Polad Aslanov “APA TV”yə açıqlamasında bildirib ki, həmin şəxslər “ciyər axşamı”na gələndə “KİA” ilə vurulublar: “Yüksək sürətlə gəlirmiş. Xəstəxanada gedib “KİA”nın sürücüsünü tapdım. Dedi ki, günah məndədir, onların səhvi yox idi. “Bərk sürürdüm, saxlaya bilmədim” dedi”.

Qeyd edək ki, qəzada 7 nəfər xəsarət alıb. Vəfat edən sürücü Əlizamin Aslanovun 5 yaşlı oğlu Qoşqar Aslanovun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026