Azərbaycan II Liqasının 17-ci turunda baş tutmalı olan “Şəmkir” - “Xankəndi” matçı forma qalmaqalına görə keçirilməyib.
Bakıvaxtı.az xəbər verir ki, Şəmkir təmsilçisi ev sahibi kimi oyun forması barədə iki gün öncədən qonaq komandaya məlumatı vaxtında təqdim etmədiyi üçün komandaların formalarında oxşarlıq yaranıb.
Qonaq komanda olan “Xankəndi” məsuliyyət daşımamasına baxmayaraq, oyunun keçirilməsi üçün alternativ forma taparaq meydana çıxmağa hazır olduğunu bildirsə də, “Şəmkir” qarşılaşmanın keçirilməsi üçün heç nə etməyib.
Əldə etdiyimiz məlumata görə, AFFA nümayəndəsinin tələblərini yerinə yetirməyən və reqlamenti pozan “Şəmkir” klubuna 0:3 hesablı texniki məğlubiyyət veriləcək.
Qeyd edək ki, “Xankəndi” 16 turdan sonra 45 xalla turnir cədvəlinin lideridir. “Şəmkir” isə 26 xalla 6-cı sırada qərarlaşıb.
Bakı 




