• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sənubər İsgəndərli bu filmdə çəkildiyinə görə peşmandır

MƏDƏNİYYƏT

30 May 2023 | 16:55 | Müəllif: Qalib İbrahimoğlu

Sənubər İsgəndərli bu filmdə çəkildiyinə görə peşmandır

Əməkdar artist Sənubər İsgəndərli "Beş mərtəbəli evin altıncı mərtəbəsi" televiziya tamaşasında çəkilməyinə peşmandır.

Bakıvaxtı.az xəbər verir ki, aktrisa bunu "Atv Səhər"də açıqlayıb.

Onun sözlərinə görə, həmin ssenari əsasında çəkilmiş televiziya tamaşası "Təhminə" filmi qədər sevilmədi.

"Mən ümumi filmdən narazı idim. Həmişə deyirəm ki, film belə sevilibsə, artıq belə qəbul olunubsa, ona bir daha müraciət etməyə ehtiyac yoxdur. Düzdür, saqqızımı oğurladılar, özüm də istədim. Amma mən istədiyim film alınmadı. Mənim gözləntilərim olmadı. Yəni, bir işin yaxşısı varsa, ya onu etməməlisən, yaxud da ondan üstün etməlisən. Gözləntilərim olmadı deyə, peşmançılığım oldu".

Qeyd edək ki, 1996-cı ildə çəkilən tammetrajlı bədii filmdə Sənubər İsgəndərli Təhminə obrazını canlandırıb.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026