Serbiya lideri Aleksandar Vuçiç mütəşəkkil cinayətkarlıqla əlaqəsinin olmadığını sübut etmək üçün poliqrafiya testi keçmək niyyətindədir.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbəri Vuçiç komandasının gözdən salınması üçün mediada anti-kompaniyanın aparıldığını deyib: "Hər kəs Çernoqoriyada ortaya çıxan və təşkilatlanan bu cinayətkar qrupun müasir Serbiya tarixində ən dəhşətli cinayətləri törətdiyini bildiyi halda, mənim üçün inanılmazdır. Ən azı bir söz yalan danışıb -danışmadığımı görmək üçün testdən keçməyə hazıram. Əminəm ki, cənab (Serbiya Daxili İşlər naziri) Vulin də buna hazırdır".
Bundan əvvəl, futbol azarkeşlərindən ibarət cinayətkar qrupun həbs edilmiş liderlərindən biri, Volya-Nevolya ləqəbli Velko Belivuk, dindirilmə zamanı guya respublika rəhbərliyi ilə bir neçə dəfə əlaqə saxladığını və hətta prezidentdən tapşırıq aldığını iddia etmişdi. Bu sorğunun protokolu mediaya sızdırılıb.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















