Bu ilin birinci rübündə Azərbaycanda Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3,995 milyon ton olub.
Bakıvaxtı.az bu barədə Dövlət Sttistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 232 min ton və ya 6,2% çoxdur.
Belə ki, ötən ilin yanvar-mart aylarında Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3,763 milyon ton olmuşdu.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycan ərazisində nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3,672 milyon ton, dəniz nəqliyyatı ilə 1,764 milyon ton və avtomobil nəqliyyatı ilə 2,553 milyon ton yük daşınıb.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,3%-ini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 45,2%-ini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,2%-ini tranzit yüklər təşkil edib.