Müəllimlərin sertifikasiya imtahanları başa çatıb. İmtahandan uğur qazananların maaşlarına əlavələr artıq noyabr ayının əməkhaqqısı ilə birgə ödəniləcək.
Bakıvaxtı.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ildə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, xarici dil fənlərini tədris edən, yaşı 30-a qədər olan təhsilverənlər sertifikatlaşdırma prosesində 100%-lik nəticə göstəriblər:
“Riyaziyyat fənni üzrə yaşı 25-ə qədər olan təhsilverənlər isə 100%-lik nəticə göstəriblər”,- deyə qeyd olunub.Modern.az