• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Sertifikasiyadan 60 bal toplayan müəllim KİMDİR? - "mümkün imiş"

CƏMİYYƏT

21 Iyun 2024 | 14:05

Sertifikasiyadan 60 bal toplayan müəllim KİMDİR? - mümkün imiş

Xəbər verdiyimiz kimi, sertifikasiya prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Saidə Bayramova sertifikasiyadan 60 bal toplayıb.

Müəllim imtahanla bağlı təəssüratlarını bölüşüb. O qeyd edib ki, ixtisasla bağlı suallar çox asan olub:

"Kurikulum sualları isə bir az düşündürücü olsa da, elə də çətin deyildi. Düşünürəm ki, 60 balı toplamaq çətin deyil. Bundan öncə sınaq imtahanlarında iştirak edən zaman 1-2 səhvim olurdu. Ona görə də maksimum nəticə göstərəcəyimə əmin deyildim. Amma imtahana daha diqqətli və ciddi yanaşandan səhv etməmək mümkün imiş".


SON XƏBƏRLƏR