• Bakı 25° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Şərur şəhərindəki kafenin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

CƏMİYYƏT

19 Avqust 2025 | 18:41

Şərur şəhərindəki kafenin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur şəhəri Kapitan Seyidov küçəsində fəaliyyət göstərən “Əmioğlu” kafesində ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, kafedə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR