• Bakı 19° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

HADİSƏ

04 Fevral 2023 | 20:33

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

Yardımlı rayonu ərazisində hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən Yardımlı rayon sakini C.Ağayevin həmçinin sərxoş olduğu da müəyyən edilib.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 gün müddətində inzibati qaydada həbs edilib.


SON XƏBƏRLƏR